6 Oktyabr 2026, Çərşənbə axşamı
U-20 yığmamız Yaponiya ilə üz-üzə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu

Digər idman növləri

Azərbaycanın 12 güləşçisi Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcək

Azərbaycanın 12 güləşçisi Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcək.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.

Üçüncü dəfə keçiriləcək oyunlar 6 (güləş, cüdo, şahmat, stolüstü tennis, voleybol, futzal) idman növlərini əhatə edir.

Yarışda güləşin sərbəst və yunan-Roma növləri üzrə olimpiya çəkilərində mübarizə baş tutacaq. Reqlamentə əsasən, 17-25 yaş aralığında tələbə idmançıların çıxış edəcəyi Universiadada güləş yarışları sentyabrın 6-7-də "Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında keçiriləcək.

Sərbəst güləşdə böyük məşqçi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (74 kq), Əşrəf Aşırov (86 kq), İslam İlyasov (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşində isə ölkəmizi məşqçilər Akif Əliyevlə Zöhrab Abbasovun rəhbərliyi altında Vədat Qasımlı (60 kq), Roman Kərimov (67 kq), Cavad Məmmədov (77 kq), Orxan Hacıyev (87 kq), Əli Quliyev (97 kq) və Məzaim Mərdanov (130 kq) təmsil edəcək.

Qeyd edək ki, sentyabrın 6-da sərbəst güləşdə 57, 74 və 97, yunan-Roma güləşində isə 60, 77 və 97 kq-da qaliblər müəyənləşəcək. Növbəti gün digər çəkilərdə medalçıların adına aydınlıq gələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31