21 Noyabr 2026, Şənbə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Digər idman növləri

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən bildirilib.

Gənclər və İdman Nazirliyi və ASTF-nin təşkil etdiyi yarışda paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların idmançıları bacarıqlarını göstərəcəklər.

Noyabrın 23-də Şüa İdman Sağlamlıq Kompleksində start götürəcək turnirdə U-14 və U-18 yaş qrupları üzrə qaliblər məlum olacaq.

Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq.

Qeyd edək ki, yarışda fərqlənən idmançılara nazirliyin diplom və medalları, federasiyanın mükafatları təqdim olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30