15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Digər idman növləri

Azərbaycan şahmatçıları "Grand Swiss 2025" beynəlxalq turnirində iştirak edəcəklər

Azərbaycan şahmatçıları Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq "Grand Swiss 2025" beynəlxalq turnirində iştirak edəcəklər.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ölkəmizi mötəbər yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcəklər.

Sabah start götürəcək və sentyabrın 15-dək davam edəcək "Grand Swiss 2025" İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yekun nəticəyə əsasən, 2 kişi və 2 qadın olmaqla 4 ən güclü şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 855 min ABŞ dollarıdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30