21 Avqust 2026, Cümə
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi

Digər idman növləri

Bakıda yeni cüdo zalı açılıb

Bakıda sentyabrın 2-də "Spartak" cüdo zalının açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, ACF-nin idman direktoru, baş katibin müavini Kamran Talıbov, tanınmış idmançılar və qonaqlar iştirak ediblər.

Mərasimdə vurğulanıb ki, yeni idman zallarının istifadəyə verilməsi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və cüdonun təbliği, onların asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.

Zal ACF tərəfindən müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Fiziki hazırlıq zonası cüdoçuların inkişafı üçün zəruri avadanlıqlarla təmin olunub. Zal ACF tərəfindən müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Fiziki hazırlıq zonası cüdoçuların inkişafı üçün zəruri avadanlıqlarla təmin olunub.

Ümumi sahəsi 450 kv.m olan məkanda valideynlər üçün gözləmə zonası, eləcə də məşqçi və paltardəyişmə otaqları mövcuddur. Zalda eyni vaxtda 70 idmançının cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31