6 Oktyabr 2026, Çərşənbə axşamı
U-20 yığmamız Yaponiya ilə üz-üzə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu

Digər idman növləri

Boksçularımız İngiltərədə keçiriləcək dünya çempionatında iştirak edəcəklər

Sentyabrın 4-də “World Boxing”in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında ilk dünya çempionatı start götürəcək.
 
Futbolxeber.az saytına Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
 
Kişi boksçulardan ibarət komanda mundialda tam heyətlə çıxış edəcək. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev dünya çempionatında Sübhan Mamedov (50 kiloqram), Nicat Hüseynov (55 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Zaur Qəhrəmanov (65 kiloqram), Sərxan Əliyev (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Surət Qarayev (85 kiloqram), Alfonso Dominqes (90 kiloqram) və Məhəmməd Abdullayevə (+90 kiloqram) şans verəcəklər.
 
Qadınların mübarizəsində isə ölkəmiz 1 boksçu ilə təmsil olunacaq. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kiloqram) rinqə çıxacaq.
 
Bu gün Liverpula yollanan Azərbaycan millisi sentyabrın 15-də Bakıya qayıdacaq.
 
Qeyd edək ki, dünya çempionatının püşkü sentyabrın 3-də atılacaq. Yarışda 60-dan çox ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31