11 Oktyabr 2026, Bazar günü
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Cüdo üzrə Bakı birinciliyi keçiriləcək

Dekabrın 20-22-si aralığında 18 yaşa qədər yeniyetmə qızlar və oğlanlar arasında cüdo üzrə Bakı birinciliyi keçiriləcək.
 
Futbolxeber.az saytına Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.
 
Turnirdə 16 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda Bakının 61 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 808 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
 
Birinciliyin təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq ölkə birinciliyinə seçim xarakteri daşıyır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31