7 Yanvar 2026, Çərşənbə
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi

Digər idman növləri

Paris-2024: Güləşçilərimizin ilk rəqibləri bilindi

Sabah Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışlarına start verilir.
 
Futbolxeber.az saytının məlumatına görə, mübarizəyə ilk olaraq Yunan-Roma güləşçiləri başlayacaq. Həmin gün döşəkçəyə Azərbaycan millisinin 2 üzvü çıxacaq.
 
Bu gün keçirilən püşkatma mərasimində onların ilk rəqibləri müəyyənləşib.
 
60 kq çəki dərəcəsində yarışacaq 2024-cü ilin Avropa çempionu, 28 yaşlı Murad Məmmədov mübarizəyə 1/8 finaldan start verəcək. Onun rəqibi Venesuela güləşçisi, 2024 Panamerikan çempionatının qalibi Rodrigues Orosco (33 yaş) olacaq.
 
130 kq. çəkidə yarışacaq Azərbaycan millisinin digər üzvü, Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Sabah Şəriəti (35 yaş) isə 1/8 finalda Estoniya güləşçisi Heiki Nabi (39 yaş) ilə qarşılaşacaq. Nabi 2006 və 2013-cü ildə dünya çempionatında qızıl, 2012 London olimpiadasında isə gümüş medal qazanıb. 
 
Qeyd edək ki, güləş yarışları sabah Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31