16 Avqust 2026, Bazar günü
Zubir “Qarabağ”dan getdi
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
Kurban Berdıyevdən qələbə şərhi
İmad Faraj “Neftçi”dən getdi

Digər idman növləri

Bakıda boks üzrə beynəlxalq turnir

Bakıda Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnir keçiriləcək.
 
Futbolxeber.az saytının məlumatıan görə, bu gün Bakı Boks Mərkəzində startı veriləcək yarışda 7 komanda mübarizə aparacaq.
 
Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Səudiyyə Ərəbistanı milliləri iştirak edəcəklər. Həmçinin Avropa Boks Konfederasiyasının (EUBC) komandası da qüvvəsini sınayacaq.
 
97 boksçunun qatılacağı turnirin açılış mərasimi saat 14:30-da olacaq. Yarım saat sonra isə döyüşlər başlayacaq. Yarışa dekabrın 22-də yekun vurulacaq.
 
Qeyd edək ki, turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlıdır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31