2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Rafael Ağayevdən növbəti qızıl

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq yarışlarda uğurla təmsil edən karateçi Rafael Ağayev medal kolleksiyasına daha bir qızıl əlavə edib. Futbolxeber.az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatında rəqiblərinə heç bir şans verməyən Rafael nəticədə fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Karateçimiz ilkin mərhələdə Misir, Hollandiya və ABŞ-dan olan döyüşçüləri məğlub edib. Yarımfinalda Ağayev Almaniya təmsilçisini üstələyib - 4:0. Finalda Rafael 75 kq çəki dərəcəsində ən iddialı rəqiblərindən olan italiyalı Luici Busu tatamiyə çıxmağına peşman edib - 7:1. Beləliklə, Rafael Ağayev döyüş növləri üzrə ilk dünya çempionatının qalibi adını qazanıb. Xatırladaq ki, yarışda Azərbaycanı təmsil edən digər karateçimiz Şahin Atamov da qızıl medala sahib olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31