16 Fevral 2026, Bazar ertəsi
“Turan Tovuz” Şamaxıda xal itirdi
“Şamaxı"nın müdafiəsi yaxşı oynadı”
Rəşad Sadıqovla 100-cü qələbə
Demçenko: “Futbolçularım döyüşdülər”

Digər idman növləri

Azərbaycan güləşçiləri cari ildə Avropa çempionatlarını 72 medalla başa vurublar

Azərbaycan güləşçiləri 2023-cü ildə Avropa çempionatlarında bütün yaş kateqoriyalarında 72 medal qazanıblar.
 
Futbolxeber.az saytının məlumatına görə, bunlardan 14-ü böyüklərin payına düşüb.
 
Əsas yığma üzvləri 5 qızıl, 6 gümüş, 3 bürünc medal əldə ediblər.
 
U-23 komandası 12 (6 qızıl, 3 gümüş, 3 bürünc), U-20 seçməsi 15 (4 qızıl, 4 gümüş, 7 bürünc), U-17 millisi isə 14 (5 qızıl, 1 gümüş, 8 bürünc) mükafata sahib çıxıb.
 
Ən çox medalı 15 yaşadək güləşçilərdən ibarət komanda qazanıb. Yeniyetmə idmançılar Avropa çempionatını 17 medalla (2 qızıl, 6 gümüş, 9 bürünc) bitiriblər.
 
Sərbəst güləş üzrə əsas milli, eyni növdəki U-23 yığması, yunan-Roma güləşində və sərbəst güləşdə U-20 kollektivi çıxış etdikləri qitə yarışında komanda hesabında çempion olublar.
 
Qeyd edək ki, 2023-cü ildə güləş üzrə Avropa çempionatı tsikli başa çatıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28