1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Xarici futbol

Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı

Şotlandiyanın U-21 millisinin baş məşqçisi Entoni Doherti 2027-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan üzərində 5:2 hesablı qələbəni şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, Şotlandiya yığmasında ilk oyununu keçirən mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:

“Matçdan əvvəl futbolçulara U-21 millisinin özünəməxsus kimliyini formalaşdırmağa çalışmalarını tapşırdım. Düşünürəm ki, bunu bacardılar. Möhtəşəm oynadılar. Komandanın münasibəti və birliyi əla idi. Futbolçular böyük tərifə layiqdirlər”.

Doherti komandasının oyuna üstünlük verdiyini və buraxılan qoldan sonra reaksiyasını xüsusi vurğulayıb: “Dominant oynadıq. Oyunda uğursuz məqamımız oldu, amma buna reaksiyamız əla idi. Futbolçuların mükafatlarını almalarına görə çox şadam”.

O bildirib ki, Şotlandiyanın final mərhələsinə yüksəlmək şansının qalmadığı matçdan əvvəl məlum olsa da, qarşılaşmanın turnir baxımından əhəmiyyəti var idi: “Oyundan əvvəl artıq mübarizəni dayandırdığımızı bilirdik. Amma bu seçmə mərhələsini yaxşı nəticə ilə başa vurmaq məsuliyyətimiz var. Bolqarıstana qalib gəlsək, növbəti seçmə mərhələsinin püşkatmasında üçüncü səbətə yüksələ bilərik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31