15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi

Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası çərçivəsində "Turan" - "Mladost" (Xorvatiya) qarşılaşmasının keçirilməsi ilə əlaqədar "Turan Tovuz" futbol klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə PFL-in mətbuat xidməti açıqlama yayıb.

Klub müraciətində Azərbaycan Premyer Liqasının VIII turunda, oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan "Turan Tovuz" - "İmişli" qarşılaşması ilə XVIII turda baş tutacaq "İmişli" - "Turan Tovuz" matçının keçirilmə yerlərinin dəyişdirilməsini xahiş edib.

PFL "Turan Tovuz" klubunun müraciətini və "İmişli"nin razılıq məktubunu nəzərə alaraq, ölkəmizdə keçiriləcək Çempionlar Liqası qarşılaşmasının daha yaxşı təşkil olunması məqsədilə komandalar arasında I və II dövrələrdə keçiriləcək oyunların yerini dəyişib.

Beləliklə, Azərbaycan Premyer Liqasının VIII turunda "Turan Tovuz" - "İmişli" oyunu oktyabrın 18-də saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30