15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək “Neftçi” - “Sabah” oyununun biletləri satışa çıxarılıb.

Futbolxeber.az saytının məlumatına görə, hazırda onlayn satışda olan sektorlar aşağıdakılardır:

2 AZN - Qərb 2

3 AZN - Banişevski alt

15 AZN - VIP Silver 1, VIP Silver 2, VIP Family

Biletləri “Neftçi”nin mobil tətbiqindən və bilet.neftchi.az saytından onlayn əldə edə bilərsiniz.

Aşağıdakı sektorlar üzrə biletlər isə daha sonra satışa çıxarılacaq:

2 AZN - Qərb 1, Forza, Şərq 1, Şərq 2

3 AZN - Şimal 1, Şimal 2, Banişevski üst

20 AZN - VIP Gold

Fiziki biletlərin satışı oyun günü saat 14:00-dan etibarən stadionun kassasında başlayacaq.

Xatırladaq ki, oktyabr 9-da “Palms Sports Arena”da keçiriləcək qarşılaşma 19:30-da start götürəcək.

6 turdan sonra “Neftçi” 15 xalla Azərbaycan Premyer Liqasının lideri, eyni xala malik “Sabah” isə onun ən yaxın izləyicisidir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30