15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar

Azərbaycan Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan görüş çərçivəsində əvvəlcə qonaqlar təlim-məşq bazası ilə tanış olublar.

Daha sonra Anatoli Banişevski adına iclas otağında şagirdlərə “Neftçi” PFK haqqında məlumat verilib, klubun zəngin tarixinə həsr olunmuş videosüjet nümayiş etdirilib.

Görüşün daha əyləncəli hissəsində uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif oyunlarda iştirak ediblər.

Azərbaycan Autizm Mərkəzinin şagirdləri komandanın məşqini də izləyiblər. Hazırlıq prosesinin bir hissəsində isə onlar meydana çıxaraq futbolçularla birlikdə futbol oynamaq imkanı əldə ediblər.

Görüşün sonunda qonaqlara “Neftçi” PFK tərəfindən xüsusi hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30