2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

AFFA 6 klubu cərimələdi

AFFA İntizam Komitəsi 2-ci Liqada 6 klubu cərimələyib.

Futbolxeber.az saytının məlumatına görə, 28 sentyabrda keçirilən “Zəngəzur” - “Kür-Araz” oyunundan əvvəl “Zəngəzur” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiqlədiyi üçün 150 manat cərimələnib.

“Şəki” - “Hypers” qarşılaşmasında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəki” 70 manat cərimə olunub.

“Şəmkir” - “Şirvan” oyununda isə hər iki komanda cəzalandırılıb. “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib. Bundan başqa, Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün matçın gec başlamasına görə komanda 200 manat cərimə alıb.

Həmin görüşdə “Şəmkir”in həkimi olmadığı və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün klub daha 200 manat cərimələnib.

“Şirvan”da isə 5 futbolçu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31