16 Noyabr 2026, Bazar ertəsi
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar

Azərbaycan təmsilçiləri "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci günündə daha 3 medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, 500 metr məsafəyə 2 nəfərlik kayak yarışlarında (2008-2009) Tengiz Qaqnidze - Qiyas Əhmədov cütlüyü (1:54.51) 1-ci yeri tutub.

Nuran Rəhimli - Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə qərarlaşıb.

1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) isə Hüseyn Səmədli (4:43.54) bürünc medal qazanıb.

Xatırladaq ki, ötən gün Füzulidəki Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanıblar. 200 metr məsafəyə 1 nəfərlik kayak və kanoe yarışlarında Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutublar.

Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30