15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi

FİFA prezidenti Canni İnfantino Azərbaycandan sonra Özbəkistana yollanıb.

Futbolxeber.az saytının məlumatına görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev FİFA rəhbərini qəbul edib. Görüşdə FİFA-ya Üzv Assosiasiyaların direktoru vəzifəsini tutan Elxan Məmmədov da iştirak edib.

Görüşün əvvəlində FIFA prezidenti Özbəkistanın futbol nailiyyətlərini və ölkədə idmanın tam dəstəklənməsi məqsədi daşıyan effektiv islahatların nəticələrini qeyd edib.

Görüşün əsas mövzusu Özbəkistanda və Azərbaycanda böyük və nüfuzlu idman tədbirinin - FIFA U-20 Dünya Kubokunun keçirilməsi olub.

Həmçinin Özbəkistanda FIFA-nın böyük turnirlərinin və tədbirlərinin təşkilinə, eləcə də federasiyanın Daşkənddə regional ofisinin açılmasının sürətləndirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Xatırladaq ki, 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30