16 Noyabr 2026, Bazar ertəsi
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib

Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində çimərlik güləşi üzrə milli komandamız tarixi uğura imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan milli komandası tarixində ilk dəfə çimərlik güləşində dünya çempionu olub", - o bildirib və əlavə edib ki, Vüsal Əliyev (80 kq) və Əşrəf Aşırov (90 kq) qızıl, Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq) və Camal Feyziyev (+90 kq) isə bürünc medal qazanıblar.

O, bu uğurun əldə olunmasında baş məşqçinin pay sahibi olduğunu qabardıb:

"Bu uğurun əldə olunmasında pay sahibi olan, dünyanın ən yaxşı baş məşqçisi seçilən Oyan Nəzəriani başda olmaqla, bütün güləşçilərimizi, onların valideynlərini, şəxsi məşqçilərini və federasiya nümayəndələrini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30