30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Xarici futbol

Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?

Yamayka millisinin baş məşqçisi Rudolf Speyd komandasının üzvü, “Qarabağ”ın futbolçusu Renaldo Sefasın zədəsi haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis Sefasın zədəsinin komandanın oyun planına təsir etdiyini bildirib:

“Əlbəttə, Sefasın meydanı tərk etməsi bizə təsir etdi. Ondan sürəti və bacarığı hesabına yaxşı oyun gözləyirdik. Zədələnəndən sonra taktikanı dəyişməli və müəyyən düzəlişlər etməli olduq. Bunlar yəqin ki, istədiyimiz qədər effektli olmadı”.

Baş məşqçi Sefasın zədəsinin nə dərəcədə ciddi olduğunun hələ bilinmədiyini də qeyd edib: “Hazırda onun zədəsinin dərəcəsini bilmirəm”.

Bildirilib ki, Sefas tibbi müayinədən keçiriləcək və bundan sonra onun vəziyyətinə aydınlıq gələcək.

Xatırladaq ki, “Qarabağ”ın KONKAKAF Millətlər Liqasının A Liqasında Hondurasla matçın (0:1) 10-cu dəqiqəsində ayağından zədə alaraq oyunu davam etdirə bilməyib. Onu Tayriz Kempbell əvəzləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30