16 Noyabr 2026, Bazar ertəsi
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı

Beynəlxalq Şahmat Federasiyası - FİDE oktyabr ayı üzrə yeni reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan şahmatçıları arasında ən yüksək nəticə Şəhriyar Məmmədyarova məxsusdur. 2710 xala malik qrossmeyster dünya reytinqində 29-cu sırada yer alıb.

Teymur Rəcəbov 2689 xalla 38-ci, Aydın Süleymanlı 2679 xalla 41-ci, Məhəmməd Muradlı 2662 xalla 53-cü, Rauf Məmmədov isə 2632 xalla 89-cu pillədə qərarlaşıb.

Qadın şahmatçıların reytinqində isə Ülviyyə Fətəliyeva 2395 xalla 55-ci, Gövhər Beydullayeva 2392 xalla 57-ci, Xanım Balacayeva 2357 xalla 83-cü, Günay Məmmədzadə 2348 xalla 93-cü yerdədir.

Kişilərin siyahısına 2823 xalla norveçli Maqnus Karlsen, qadınların reytinqinə isə 2596 xalla çinli Yifan Hou başçılıq edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30