16 Noyabr 2026, Bazar ertəsi
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın şose velosipedi üzrə milli komandası Avropa çempionatında iştirak etmək üçün Sloveniyanın paytaxtı Lyublyanaya yollanıb.

Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, oktyabrın 2-dən 7-dək keçiriləcək yarışda ölkəmiz elit və gənclər kateqoriyalarında 4 velosipedçi ilə təmsil olunacaq.

Gənclər kateqoriyasında Rəhim Nağıyev və Nihad Xudoyev, elit kateqoriyasında isə Nofəl Nuriyev və Şahin Eyvazov mübarizə aparacaqlar.

Avropanın müxtəlif ölkələrindən ən güclü velosipedçilərin qatılacağı çempionatda Azərbaycan təmsilçiləri fərdi və qrup ötüşməsi növlərində çıxış edəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30