16 Noyabr 2026, Bazar ertəsi
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”

Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə ali məktəbin cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələri üçün praktiki "ustad dərsləri" təşkil olunub.

Futbolxeber.az saytına ACF-dən verilən məlumata görə, Milli komandaların Təlim-Məşq Bazasında keçirilən məşğələlər Yaponiyanın tanınmış cüdo mütəxəssislərindən biri, Tokai Universitetində məşq sisteminin formalaşmasında iştirak etmiş VIII dan Kenji Mitsumoto tərəfindən aparılır.

Praktiki dərslər zamanı tələbələrə cüdo texnikalarının tədrisi, məşq prosesinin təşkili və müasir məşq metodlarının tətbiqi ilə bağlı biliklər təqdim olunur. Məşğələlərdə ayrı-ayrı texniki elementlər əyani şəkildə nümayiş etdirilir, onların icra prinsipləri və tədris metodikası izah olunur.

"Ustad dərsləri"nin keçirilməsində məqsəd gələcəyin məşqçilərinin nəzəri biliklərinin praktiki hazırlıqla tamamlanmasına və beynəlxalq təcrübə ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30