16 Noyabr 2026, Bazar ertəsi
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar

Azərbaycan avarçəkənləri "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci günündə 7 medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, 1500 metr məsafəyə 1 nəfərlik akademik avarçəkmə qayığı yarışlarında (2008-2009) Azər İlyasov finişə birinci çatıb. 1000 metr məsafəyə 1 nəfərlik kayak qayığı yarışlarında isə (2008-2009) Əlimurad Hacızadə 1-ci yerin sahibi olub.

1000 metr məsafəyə 2 nəfərlik kayak qayığı üzrə yarışlarda (2010-2011) Elmir Tarverdiyev və Mustafa Vəlizadə 2-ci yeri tutublar. 1500 metr məsafəyə 2 nəfərlik akademik avarçəkmə qayığı yarışlarında (2010-2011) Məhəmməd Həsənov və İlyas İbrahimov 3-cü yerə sahib çıxıblar.

500 metr məsafəyə 2 nəfərlik kayak yarışlarında (2008-2009) Tengiz Qaqnidze - Qiyas Əhmədov cütlüyü qızıl medal qazanıb. Nuran Rəhimli - Elvin Əliyev cütlüyü 3-cü pillədə qərarlaşıb. 1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) Hüseyn Səmədli də bürünc medal qazanıb.

Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30