30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Xarici futbol

Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”

Şotlandiyanın U-21 millisinin yeni baş məşqçisi Toni Doherti 2027-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla bu gün keçiriləcək oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis Azərbaycanla qarşılaşmada əsas məqsədlərinin qələbə olduğunu bildirib:

“Bu seçmə mərhələsində 8 oyun geridə qalıb, daha 2 matçımız var. Növbəti mərhələyə yüksəlmək üçün az da olsa, şansımız qalır. Bunun üçün hər iki oyunda qalib gəlməli və Çexiyanın xal itirməsinə ümid etməliyik. Buna görə də qarşıdakı iki matçda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Nəticələr növbəti seçmə mərhələsinin püşkatmasında üçüncü və ya dördüncü səbətdə yer almağımıza da təsir edə bilər”.

O, Azərbaycanla matçda hücum futboluna üstünlük verəcəklərini də söyləyib: “Bu, qalib gəlmək üçün meydana çıxacağımız oyundur. Eyni zamanda hücumameyilli, baxımlı və azarkeşlərin zövq ala biləcəyi futbol oynamağa çalışacağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30