16 Noyabr 2026, Bazar ertəsi
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Bu federasiyaya yeni prezident seçildi

Sentyabrın 30-da Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən yığıncaq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir 4 il ərzində federasiyaya rəhbərlik etmiş Muxtar Babayevə fəaliyyətinə görə minnətdarlığını bildirib. Muxtar Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü ifadə edib.

İclasın gündəliyi təsdiqləndikdən sonra Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin 2022-2026-cı illər ərzində gördüyü işlərə dair hesabat təqdim olunub, səsvermə ilə təsdiqlənib.

Daha sonra federasiyanın rəhbərliyinə seçki keçirilib. Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib. Yığıncaqda çıxış edən Ağakərim Səmədzadə göstərilən etimada görə təşəkkürünü bildirib və alpinizmin inkişafı istiqamətində əlindən gələni edəcəyini vurğulayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30