22 Noyabr 2026, Bazar günü
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası

Basketbol

Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq

Azərbaycan Basketbol Liqasının (ABL) qalibi olan klub 1 milyon 400 min manat əlavə mükafat qazanacaq.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.

ABL-də yeni mövsümə başlayan bütün klublar şərtsiz olaraq 300 min manat alacaqlar.

Çempionatı ikinci yerdə başa vuran komandaya 700 min manat əlavə maliyyə dəstəyi veriləcək.

ABF 2026/2027 mövsümündən etibarən ABL-də idarəetmə və inkişaf yanaşmasını dəyişib. Ölkə basketbolunun keyfiyyətini artırmaq, klublar arasında rəqabəti gücləndirmək və azarkeş axınını stimullaşdırmaq məqsədilə yeni maliyyələşdirmə modeli tətbiq olunur.

Ümumi büdcə əvvəlki illərlə oxşar səviyyədə saxlanılsa da, vəsaitlərin bölüşdürülməsi artıq zəmanətli ödənişlərə deyil, klubların performansına və müəyyən edilmiş şərtləri yerinə yetirməsinə əsaslanır.

​Hər oyuna ən azı 300 azarkeş cəlb edən klub hər matç üçün 3 min manat qazanacaq. Mövsüm ərzində keçirilən 21 oyunda bu şərti yerinə yetirən klub büdcəsinə əlavə 63 min manat əlavə edə bilər.

Qazanılan hər qələbə 10 min manat dəyərində qiymətləndirilir. Mövsüm ərzində maksimum qələbə göstəricisi ilə klublar 210 min manata qədər mükafat əldə edə bilərlər.

Mövsümün sonunda pley-offun yarımfinal mərhələsinə vəsiqə qazanan 4 klubun hər birinə əlavə 150 min manat ayrılacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30