2 May 2026, Şənbə
Vernidub: “Bu oyun suyumu çıxardı”
"Neftçi" "Qarabağ"ı məğlub etdi
“Səbail” darmadağına sevindi
"Sumqayıt"ın yubiley qələbəsi

Digər idman növləri

Rüstəm finalda uduzdu, Hidayət medal qazana bilmədi

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, 73 çəki dərəcəsində yığmamız 2 cüdoçu ilə təmsil olunub.

Cüdoçumuz Rüstəm Orucov yarışa 1/32 finaldan başlayıb. Olimpiya mükafatçımız bu mərhələdə Akil Qyakova (Kosova) ilə üz-üzə gəlib. Orucov rəqibini ipponla məğlub edib. O, ikinci görüşündə Pyer Dupratla güləşib və yenə qələbə qazanan tərəf olub. Rüstəm üçüncü görüşünü Behruzi Xocazodaya (Tacikistan) qarşı keçirib. Təmsilçimiz əlavə vaxtda rəqibini üstələyib. O, yarımfinala gedən yolda çinli Saiyinjiriqala ilə münasibətinə aydınlıq gətirib. Cüdoçumuz ipponla qalib gəlib. Avropa çempionu 1/2 finalda cənubi koreyalı Çanqrim Anı ipponla məğlub edib. 26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gəlib və "qızıl xal"la uduzaraq gümüş medalla kifayətlənib.

73 kq çəki dərəcəsində yarışan Azərbaycanın digər cüdoçusu, Avropa çempionu Hidayət Heydərov isə yarımfinalda yaponiyalı Soiçi Haşimotoya məğlub olub. 20 yaşlı idmançımız bürünc medal uğrunda monqolustanlı Qanbatar Odbayarla mübarizə aparıb və uduzub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31