Digər idman növləri
Hacı Əliyev: “Olimpiya çempionu olmaq istəyirəm”
“Bu qələbə təkcə mənim əziyyətim deyil, bütün yığma komandanın zəhmətidir”.
Futbolxeber. az saytı xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə qızıl medal və Azərbaycanın sərbəst güləş tarixində ilk üçqat dünya çempionu adını qazanan Hacı Əliyev deyib.
Uğur qazanmasında rolu olan hər kəsə təşəkkü edən 26 yaşlı idmançı növbəti yarışlarda 61 deyil, 65 kq çəki dərəcəsində mübarizə aparacağını söyləyib: “Cənab Prezidentimizin idmançılara qayğısının nəticəsidir ki, bu gün nailiyyətlər var. Həm yığma komandanın məşqçiləri, həm də şəxsi məşqçilərimə, hər birinə təşəkkürümü bildirirəm. Üzərimdə kimin əməyi varsa, halal etsin. Bu, tək mənim deyil, bütün Azərbaycan xalqının qələbəsidir. Komandamızda medal az idi. İstəyirdim ki, həm komandamızda qızıl medal olsun, həm özüm üçün bir tarix yazım, həm də komandamızda bir az ruh yüksəkliyi yaradım. Şükür Allaha bunu bacardım. Çox sevinirəm ki, üçüncü dəfə bu qələbəni qazanmışam. Olimpiya çempionu olmaq istəyirəm. Ancaq qarşıda yenə Avropa və dünya çempionatları, yarışlarımız çox olacaq. İnşallah hazırlaşacam və bir çəki yuxarıda çıxış edəcəm. Olimpiya oyunlarında 65 kq çəki dərəcəsində çıxış etməliyəm. Nə qədər ki idmanda varam, böyük uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm".
H.Əliyev dünya çempionatına yaxşı hazırlıq prosesi keçdiklərini söyləyib. O, qarşıya qoyduğu məqsədə çatmaq üçün çox çalışdığını deyib: "Dünya çempionatında zəif rəqib yoxdur. Hər biri güclüdür və hərəsinə qarşı taktika fərqli olur. Rəqiblərimin hamısını tanıyıram. Çəkimdə dünya və olimpiya çempionları vardı. Sevinirəm ki, üçüncü dəfə dünya çempionu oldum. Qarşıma qoyduğum vəzifənin öhdəsindən gəldim. Rusiya millisinin 3 üzvü finalda olsa da, qızıl medal qazana bilmədilər. Fikrimcə, bizim qızıl medal əldə etməyimiz onlardan daha yaxşı hazırlıqlı olmağımızla bağlıdır. Daha yaxşı hazırlıq prosesi keçməyimizin nəticəsidir ki, bizdə qızıl medal oldu, onlarda isə yox”.
Üçqat dünya çempionu “Qarabağ” klubunu Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanmaq münasibəti ilə təbrik edib: “Biz dünya çempionatında olarkən “Qarabağ” ÇL-in qrup mərhələsinə vəsiqə qazandı və bütün xalqımızı, o cümlədən bizi sevindirdi. Fürsətdən istifadə edərək “Qarabağ” klubuna da uğurlar arzulayıram. Azərbaycanımıza belə gözəl qələbələr yaraşır və inşallah bu qələbələr çox olar".
Qeyd edək ki, Hacı Əliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.
Report
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
08.10.2026
07.10.2026
06.10.2026
























