2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Yay Paralimpiya Oyunları: bu gün 4 təmsilçimiz mübarizə aparacaq

Braziliyada keçirilən XV Yay Paralimpiya Oyunlarının doqquzuncu günündə - sentyabrın 16-da 4 Azərbaycan idmançısı mübarizəyə qoşulacaq.

Futbolxeber.az saytının məlumatına görə, ilk olaraq Dmitri və Roman Saley qardaşları 100 metr məsafəyə sərbəst növ üzrə üzgüçülük yarışlarında qüvvəsini sınayacaqlar. Üzgüçülərimizin iştirak edəcəyi təsnifat mərhələsində müxtəlif ölkələrdən iyirmi atlet mübarizə aparacaq. Mərhələnin səkkiz ən güclüsü finala vəsiqə qazanacaq. Yarış Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Atletika yarışlarında iki idmançımız mükafat uğrunda yarışacaq. Elmir Cəbrayılov 100 metr məsafəyə qaçış yarışlarında kubalı Leinier Savon Pineda, ev sahibi idmançısı Diogo Ualisson Jeronimo da Silva və Özbəkistan təmsilçisi Faxriddin Xamraev ilə birgə birinci qrupda yer alıb. Hər dörd qrupun birincisi yarımfinal mərhələsinə adını yazdıracaq.

Nüvəitələmə yarışlarında isə ölkəmizi Rüfət Rəfiyev təmsil edəcək. Final mərhələsinə gedən yolda onunla birgə yeddi paralimpiyaçı medallar uğrunda mübarizə aparacaq. R.Rəfiyev gecə saat 00:45-də, E.Cəbrayılov isə 01:39-da yarışa qoşulacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31