30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

Azərbaycan yığmasının sabiq üzvü narkotik maddədən istifadədə ittiham olunur

Rusiyanın kanoe üzrə milli komandasının üzvü Andrey Kraytor 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına buraxılıb. "Report"un "Ves Sport" idman agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Kanoe Federasiyası (İCF) qərar qəbul edib.

 "Müstəqil şəxs" Riçard Maklaren və onun mənbəsi olan Moskva Antidopinq Laboratoriyasının sabiq direktoru Qriqori Rodçenkov Kraytorun narkotik vasitələrdən istifadə etdiyini müəyyənləşdirib. Bu Maklarenin qapalı hesabatında qeyd olunub. Lakin bu, Ümumdünya Antidopinq Agentliyinin Kodeksinin pozulması demək deyil. Hərçənd, idmançının özü marixuanadan istifadə faktını inkar edir.

İCF-nin intizam araşdırması nəticəsində Kraytorun "Rio-2016"da iştirakına icazə verilib. Lakin idmançının olimpiadada iştirak edib-etməyəcəyi Beynəlxalq Olimpiya Komitəsinin (İOC) tibbi komissiyasının sədri Uğur Erdener, idmançılar komissiyasının sədri Klaudiya Bokel və qurumun sabiq prezidenti Xuan Antonionun oğlu kiçik Samarançın verəcəyi qərardan asılı olacaq. Rusiyalı üzgüçü, olimpiya və dünya mükafatçısı Nikita Lobintsev və Vladimir Morozov da analoji hadisə ilə üzləşib.

Qeyd edək ki, Andrey Kraytor 2009 - 2012-ci illərdə Azərbaycan millisində çıxış edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30