2 Yanvar 2026, Cümə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Digər idman növləri

"Synergy Baku"nun Çində daha bir uğuru

Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Qinghai Lake" yürüşü sona yaxınlaşmaq üzrədir. Futbolxeber.az saytının məlumatına görə, mötəbər yarışın fərdi ötüşmədən ibarət 12-ci mərhələsi Azərbaycanın "Synergy Baku" klubu üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, komandamızın üzvü Matey Müqerli 22.6 km-dən ibarət marşrutu 2-ci pillədə başa vurub.

Məsafəni 28 dəqiqə, 51 saniyəyə qət edən velosipedçimiz bununla da yarış ərzində 2-ci dəfə fəxri kürsüyə qalxıb. Xatırladaq ki, Matey Müqerli 4-ci mərhələni də 2-ci pillədə tamamlamışdı. 12-ci mərhələdəki uğurlu çıxışı velosipedçimizə ümumi təsnifatda 2 pillə irəliləməklə 2-ci yerə qalxmağa imkan verib. İndi o yarış lideri, Ukraynanın "Kolss" komandasının üzvü Sergey Laqkutidən 37 saniyə geri qalır.

Sabah "Tour of Qinghai Lake" yarışında sonuncu - 13-cü mərhələ keçiriləcək. Əgər Matey Müqerli 95 km-lik bu mərhələdə də uğurla çıxış edərsə, o zaman ümumi təsnifatın qalibi ola bilər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31