28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Digər idman növləri

"Synergy Baku"nun üzvü Çində 2-ci oldu

Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Qinghai Lake" yürüşünün 4-cü mərhələsi Azərbaycanın "Synergy Baku" klubu üçün uğurlu nəticə ilə yadda qalıb. Futbolxeber.az saytının məlumatına görə, komandamızın üzvü Matey Müqerli kifayət qədər ağır dağ yolları ilə yadda qalan 147 km-lik marşrutu 2-ci pillədə başa vurub.

Məsafəni 4 saat, 1 dəqiqə, 51 saniyəyə qət edən velosipedçimiz mərhələ qalibi ilə eyni göstəriciyə imza atsa da, hər şeyi fotofiniş həll edib.

Qeyd edək ki, "Synergy Baku" nüfuzlu yarışa 7 velosipedçi ilə başlasa da, onlardan ikisi - Yannis Tamuridis və Kiril Pozdnyakov 1-ci mərhələnin finişinə 2 km qalmış yola piyada çıxması nəticəsində baş verən toqquşmada zədə almış və yarışı yarımçıq bitirmək məcburiyyətində qalmışdı. 4-cü mərhələdə isə daha bir təmsilçimiz - Yosip Rumaç zədələnib və belədə "Synergy Baku" Çin yarışında mübarizəni 4 nəfərlə - Matey Müqerli, Elçin Əsədov, Samir Cəbrayılov və ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averinlə davam etdirəcək.

Məlumat üçün bildirək ki, 13 mərhələdən ibarət "Tour of Qinghai Lake" yürüşünə iyulun 30-da yekun vurulacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28