Digər idman növləri
"İstərdik ki, ShamkirChess 2016-da Azərbaycan şahmatçısı qələbə qazansın"
ShamkirChess2016 turnirinin direktoru Fərid Hüseynov jurnalistlərin suallarına cavab verib.
- Şəmkir növbəti dəfə Vüqar Həşimovun xatirə turnirini keçirməyə hazırlaşır. İlk olaraq yarış haqda fikirlərinizi bilmək istərdik?
- Ardıcıl üçüncü ildir ki, Şəmkirdə Azərbaycanın istedadlı şahmatçısı, mərhum Vüqar Həşimovun xatirə turniri keçirilir. Hər il olduğu kimi bu dəfə də ShamkirChess 2016-da çox güclü heyət mübarizə aparacaq. Synergy Group olaraq yarışın yüksək səviyyədə təşkili, iştirakçıların turnirdən razı qalması üçün bütün lazımi tədbirlər həyata keçirilib. ShamkirChess2016 adi turnir deyil. Bu həm də artıq gözəl ənənədir.
- Bu ilki iştirakçılar haqda nə düşünürsünüz?
- ShamkirChess 2016-da çox güclü şahmatçılar iştirak edir. Dünya çempionluğuna iddialı Sergey Karyakin, istənilən yarışın favoriti göstərilən Fabiano Karuana, Hollandiya təmsilçisi Aniş Giri və digərləri Şəmkirdə maraqlı partiyalar nümayiş etdirəcək. Yeganə xanım iştirakçımız, dünya çempionu Xou Yifanın iştirakçılar sırasında olması yarışa əlavə rəng qatacaq. Fikrimcə son tura qədər şahmatsevərləri maraqlı mübarizə gözləyir.
- İlk dəfə olaraq ShamkirChess-də Azərbaycan 4 şahmatçıyla təmsil olunur. Bu nə ilə əlaqədardı?
- Bildiyiniz kimi, 2016-cı il Azərbaycan şahmatı üçün əlamətdar ildir. Sentyabrda Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. 170-dən çox ölkə olimpiya çempionluğu uğrunda yarışacaq. ShamkirChess2016 həm də yığmamızın əsas üzvləri üçün hazırlıq olacaq. Milli komandamızın liderləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, ölkə çempionu Eltac Səfərli və Rauf Məmmədova böyük ümid bəsləyirik. Biz məhz Azərbaycan şahmatçılarının uğur qazanmasını istəyirik.
- İlk iki turnirdə dünya çempionu Maqnus Karlsen qələbə qazanıb. Bu dəfə onun olmaması ShamkirChess2016-dakı mübarizəyə təsir edəcəkmi?
- Maqnus Karlsen dünyanın ən güclü şahmatçılarından biridir. Təşkilat Komitəsi bu il də onun iştirakına çalışırdı. Təəssüf olsun ki, norveçli şahmatçı təqviminin sıx olmasına görə Şəmkirə gələ bilmədi. Maqnus təəssüflə qeyd etdi ki, bu dəfə ShamkirChess-də iştirak edə bilməyəcək. Biz də onun iştirakını çox istəyirdik. Onun yoxluğunda şahmatçılar arasında rəqabət daha da artacaq. Maqnus olarkən aşkar favorit göstərilirdi və hər tur qələbəyə əsas namizəd idi. Bu dəfə ShamkirChess 2016-dakı hər bir şahmatçı yarışda qələbə qazanmağa qadirdi.
- Yarışda sizin favoritinizi bilmək istərdik?
- Reytinq favorit Fabiano Karuanadır. Maqnusun yoxluğunda fikrimcə Fabiano liderliyə yüksələ bilər. Amma unutmayaq ki, reytinq hər zaman özünü doğrultmur. Sergey Karyakin kimi güclü şahmatçının Şəmkirdə olmasını unutmaq olmaz. İddiaçılar turnirinin qalibidir və indi dünya çempionu Maqnus Karlsenlə çempionluq görüşünə hazırlaşır. Pavel Elyanov, Pentala Harikrişnanı da siyahıdan silmək olmaz. Ən əsası biz Azərbaycan şahmatçılarından əzmkar mübarizə gözləyirik. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədovdan gözləntimiz böyükdür.
- Azərbaycan şahmatçılarından hansı nəticəni gözləyirsiniz?
- Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov hər zaman bizləri qələbələrlə sevindirib. Biz hər il yerli şahmatçılarımıza azarkeşlik edirik. İstərdik ki, ShamkirChess 2016-da Azərbaycan şahmatçısı qalib olsun. Məmmədyarovla Rəcəbovun sona qədər liderlər sırasında olacağını düşünürəm. Rauf Məmmədovla Eltac Səfərlidən də yaxşı oyun gözləyirik. Eltac Azərbaycan çempionatının son qalibidir. Son turnirlərdə çox yaxşı təsir bağışlayıb. Onlar üçün ShamkirChess 2016 bir çağırışdır. Hər bir bu turnirdə qalib olmağı bacaracaq gücdədir.
- Yəqin razılaşarsınız ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkiri şahmat şəhərləri sırasına daxil etdi...
- Bizim üçün də Vüqar Həşimov kimi böyük şahmatçının adını yaşatmaq böyük fəxrdir. Hər il bu yarışı daha da yüksək səviyyədə keçirməyə çalışırıq. Hazırda hədəf cari turniri yüksək səviyyədə təşkil etməkdir. Əvvəlki illərdə qonaqlarımız ShamkirChess-i məşhur Veyk-An-Zee və ya Linares turniriylə müqayisə edib. FİDE prezidenti Kirsan İlyumjinov Şəmkir turnirini dünyanın ən yaxşı və güclü yarışlarından biri adlandırıb. Bu sözlər Təşkilat Komitəsinin gördüyü işə yüksək qiymət verir. Turnirin sponsoru,əsası 2010-cu ildə qoyulmuş “Synergy Group”, özünün Korporativ Sosial Məsuliyyət siyasətinin tərkib hissəsi olaraq ölkədə təhsil və idmanın inkişafına və eyni zamanda, dünyada tanınmasına investisiya yatırır. Bundan sonra da ölkədə idmanın xüsusilə şahmatın inkişafına dəstək olmağa çalışacayıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
-
20:09
Yaşar Seyidov: “Dinamo” bütün liqalar daxil yeganə komandadır ki...”
-
18:37
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib
-
18:13
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
-
17:58
"Murov Az Terminal" Ayan Məmmədova ilə gücləndi
-
17:25
I Liqada hakim təyinatları
-
17:04
"Gəncə" yoxlama oyununda "Ordu"ya məğlub olub
-
16:46
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16:30
"Neftçi" 1000-ci oyununa çıxacaq VİDEO
-
16:12
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
15:59
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
15:43
Gimnastlarımız IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
15:27
"Naxçıvan"da yeni müqavilə
-
15:08
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
14:55
Həsənovun “unutduğu” epizod VİDEO
-
14:34
Varkonyi: “Qarabağ”a gəlmək böyük dəyişiklik idi”
-
14:16
"Kəpəz"in legionerinə millidən dəvət
-
14:00
Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub
-
13:41
“Qarabağ”ın oyununun biletləri satışda
-
13:29
Millimiz yenə Moldovaya uduzdu
-
13:12
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi
-
12:53
Təsdiqləndi: Elçin Məsiyev “Turan-Tovuz”un qapısına penaltini səhv verib VİDEO
-
12:37
Rodriges milli ilə vidalaşdı
-
12:08
“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb
-
11:45
"Neftçi" Qəbələ səfərinə hazırlaşır FOTOLENT
-
11:26
"Lans" baş məşqçisi ilə yolları ayırdı
-
10:54
Ronaldonun komandası darmadağın oldu VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
-
10:02
Mahir oynadı, komandası uduzdu
-
09:43
"Real"dan çətin qələbə VİDEO
-
09:20
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
17:42
Simon Banzanın yeni klubu bilindi
-
17:05
Azərbaycan - Tacikistan oyununun hakimləri müəyyənləşib
-
16:26
"Naxçıvan"dan növbəti transfer
-
15:39
AFFA I Liqanın 7 klubunu cərimələdi
-
15:13
Çempionlar Liqasının finallarını bu şəhərlər qəbul edəcək
-
14:58
"Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik"
-
14:44
Astana UEFA Superkuboku matçına ev sahibliyi edəcək
-
14:21
"Zirə" legionerini "Karvan-Yevlax"a icarəyə verdi
-
14:00
AFFA "Kəpəz"i cərimələdi
-
13:37
Azərbaycandan ayrıldı, Kipr klubuna keçdi
-
13:02
“Araz-Naxçıvan”dan yubiley qolu
-
12:55
“Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
12:16
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
11:49
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
Cəlal oynadı, komandası 1 xal qazandı
-
10:54
"İnter" - "Udineze" matçında 8 qol VİDEO
16.09.2026
15.09.2026
























