18 Sentyabr 2026, Cümə
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə
Elvin Camalov “Qəbələ”yə qayıtdı
"Neftçi" 1000-ci oyununa çıxacaq

Digər idman növləri

Yeni mövsümün ilk qalibləri məlumdu

Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Olimpiya Stadionunun birgə təşkilatçılığı ilə, 2016-cı il mövsümünə stadion ətrafındakı yollarda təşkil edilən yarışla start verilib. Futbolxeber.az-ın məlumatına görə, 2 gün davam edən "Mövsümün açılış yarışı"nda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançısı iştirak edib.

15 yaşadək idmançıların 20 km-lik qrup ötüşməsində 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçisi Emil Əliyev finişi 1-ci keçib. Onun komanda yoldaşı Fədail Mahmudov 2-ci nəticə göstərib. İlk üçlüyü İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin üzvü Nikita Sıtov tamamlayıb.

U-17, Gənclər, U-23 və Elit kateqoriyasında mübarizə aparan velosipedçilər isə 60 km məsafə qət ediblər. İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndəsi Yunus Vəzirov bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Adı çəkilən məktəbin digər nümayəndəsi Bakir Dadaşov bürünc medala yiyələnib. 2-ci yeri isə 8 saylı İdman Olimpiya Məktəbindən Maksim Naperstkov tutub. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30