25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Digər idman növləri

İdmançımız canlı əfsanənin illərdi davam edən məğlubiyyətsizlik seriyasına son qoydu

Honq Konqda muay-tay üzrə "Top King World Series" adlı dörd ən güclü idmançının iştirak etdiyi nüfuzlu turnirə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, ilk yarımfinalda azərbaycanlı döyüşçü, "Best of the Best" promoşn qrupunun üzvü Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi, dünyanın ən güclü muay-tay döyüşçüsü Buakav Bançameklə üz-üzə gəlib. İlk raund zamanı Xəyalın güclü zərbəsinin qarşısını ala bilməyən Buakav başından ciddi zədə alıb. Bununla belə döyüş dayandırılmayıb. 3 raundluq görüş zamanı azərbaycanlı idmançı titullu rəqibini bütün komponentlərdə üstələyib. Yekunda uzun illər məğlubiyyət acısı yaşamayan Buakav Xəyal Caniyevə uduzub. Hakimlər yekdilliklə Xəyal Caniyevin qələbə qazandığını təsdiqləyib. "Best of the Best" promoşnun üzvünün qələbəsi dünyada böyük senssasiya kimi qəbul edilib. Tailand mətbuatı əfsanəvi idmançıları Buakav Bençamekin məğlubiyyətinə inanmaq istəmədiklərini yazıb.

Qeyd edək ki, 21 yaşlı Xəyal Caniyev Azərbaycanın Best of The Best promoşn qrupunun üzvüdür. K-1 brendinin sahibi olan promoşnun prezidenti Elnur Məmmədovun rəhbərliyi altında təşkilatda onlarla perspektivli idmançılar məşq edir. Ötən il Buakav Bençamek Bakıda keçirilən K-1 World Max-da iştirak edib və inamlı qələbə qazanıb.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31