Digər idman növləri
Vüqar Həşimov Memorialı başa çatdı
Avropa çempionu, Avropa və dünya çempionatlarının altıqat vitse-çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr edilən və sayca ikinci dəfə keçirilən beynəlxalq turnirə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, Vüqar Həşimovun ad günündə Bakıdakı 6 nömrəli məktəb-liseydə start götürən turnirdə 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar mübarizə aparıb.
Bağlanış mərasimində Vüqar Həşimovun atası Qasım Həşimov və turnirin direktoru Anar Allahverdiyev yüksək səviyyədə keçirilən yarışın şahmatın təbliğində rolundan danışıb. Çıxışlardan şahmatçımız Vüqar Həşimovun karyerası ərzində qazandığı uğurlar barədə də geniş söhbət açılıb. Vətənini hədsiz dərəcədə çox sevən Vüqarın bütün qələbələrini Azərbaycana həsr etdiyi xüsusi vurğulanıb.
Sonra rejissor Ülviyyə Könülün çəkdiyi "Vüqar Həşimovun təbəssümü" adlı qısametrajlı sənədli film nümayiş olunub.
Ardınca qaliblərə mükafatlar təqdim olunub. Fəxri kürsünün ən yüksək pilləsinə Bakı şahmatçısı Məhəmməd İsmayılov qalxıb. Əməkdar məşqçi Anar Allahverdiyevin yetirməsi olan şahmatçı 9 oyundan 7,5 xal toplayıb. Gümüş medala layiq görülən Əhməd Əhmədzadə qaliblə eyni xalı toplasa da, əlavə göstəricilərə görə ikinci yeri tutub. Bürünc mükafata isə beynəlxalq turnirin reytinq favoriti hesab olunan Məhəmməd Muradlı layiq görülüb. Dördüncü yeri Gürcüstan şahmatçısı Nikolozi Kaçarava, beşinci yeri isə Naxçıvan təmsilçisi Sadiq Məmmədov tutublar. Vüqar Həşimov kuboku ilə təltif olunan Məhəmməd İsmayılov və gümüş mükafatın sahibi olan Əhməd Əhmədzadə, eyni zamanda, “Baku Open 2015” və “Nakhchivan Open 2015” festivallarında iştirak etmək imkanı əldə ediblər.
Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər də mükafatlandırılıblar. Hər yaş qrupunun qalibləri olan oğlanlar və qızlar qiymətli hədiyyələr, medallar və diplomlarla təltif olunublar.
Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və Fransa nümayəndələri də iştirak ediblər. Doqquz turdan ibarət olmaqla keçirilən Vüqar Həşimov memorialında 110 yeniyetmə şahmatçı mübarizə aparıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II turun hakim təyinatları açıqlandı
-
23:39
“Səbail” Boluda son yoxlama oyununu keçirib
-
23:12
"Qarabağ" "Tvente" ilə oyuna hazırlaşır FOTOLENT
-
21:58
Şeydayev oynadı, komandası qalib gəldi
-
21:25
“Şahdağ-Qusar” rəqibini darmadağın etdi
-
20:00
Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
-
19:41
“Karvan-Yevlax” portuqaliyalı futbolçu transfer etdi
-
18:17
Maradonanın DÇ-1986-da əllə qol vurduğu top 3,35 milyon dollara satıldı
-
17:56
Embolo ABŞ klubunda
-
17:33
Sıqankov "Ayaks"a keçir
-
17:04
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb
-
16:49
“Neftçi”nin bombardiri: “Hazırda rəqəmlərə o qədər də önəm vermirəm”
-
16:22
“Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
-
16:00
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
-
15:17
Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
-
15:05
"Sumqayıt"dan ayrılan futbolçu Sloveniya klubunda
-
14:38
Fabinyo “Trabzonspor”da
-
14:21
"Gəncə" 3 basketbolçusu ilə müqavilə müddətini yeniləməyib
-
13:56
Seçim turnirində "Neftçi" qalib olub
-
13:43
Azərbaycan paraüzgüçüləri Avropa çempionatına Gəncədə hazırlaşırlar
-
13:19
Bakıda ilk dəfə "Ironman 70.3" triatlon yarışı keçiriləcək
-
13:00
Breme "Yuventus"a qələbə qazandırdı VİDEO
-
12:34
Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı
-
12:12
"Beşiktaş" uduzdu VİDEO
-
11:57
“Neftçi” 300-ə çatdı
-
11:41
"Milan"dan səfər qələbəsi VİDEO
-
11:25
Elvin Bədəlov: “Qələbə seriyamızı Zirədə də davam etdirmək istəyirik”
-
11:08
"Nyukasl" - "Liverpul" matçında 4 qol VİDEO
-
10:56
39-cu qapıçı
-
10:43
"Mançester Siti"dən geridönüş VİDEO
-
10:29
"Neftçi"dən yubiley qələbəsi
-
10:14
Salahın dublu "Trabzonspor"a qələbə qazandırdı VİDEO
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Barselona" mövsümə darmadağınla başladı VİDEO
-
23:49
"Bu mövsüm də "Araz-Naxçıvan"ın məqsədi avrokuboklara vəsiqə qazanmaqdır"
-
23:31
"Neftçi"dən qol şousu VİDEO
-
23:07
Yuri Vernidubdan qələbə şərhi
-
22:56
“Turan Tovuz”dan haqlı etiraz: Qol VAR idimi? VİDEO
-
22:40
“Turan Tovuz” xal itirdi, “Neftçi”dən böyük hesablı qələbə
-
22:28
"Turan Tovuz" - "Şamaxı" matçında heç-heçə VİDEO
-
21:12
Berdiyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
-
20:55
Azər Bağırov: “Turan Tovuz”a qarşı səfərdə oynamaq çox çətindir”
-
20:09
Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
-
13:13
“Sabah” - “Hapoel” oyununun hakimləri müəyyənləşdi
-
12:51
"Napoli"dən səfər qələbəsi VİDEO
-
12:24
Cüdoçularımız Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
-
12:07
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:36
"İnter"dən mövsümə uğurlu start VİDEO
-
11:15
Eren Aydın: “Rəşad Sadıqovun inamını boşa çıxarmaq istəmirəm”
-
10:42
"Real" sonda sevindi VİDEO
24.08.2026
23.08.2026
























