1 Yanvar 2026, Cümə axşamı
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

"Tour de Qinghai Lake" başa çatdı

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını başa vurub. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edib ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var idi.

Yarışın bu gün keçirilən sonuncu - 13-cü mərhələsində iştirakçılar 135 km məsafə qət ediblər. 6 velosipedçimizdən 5-i - Yannis Tamuridis, Matey Müqerli, Samir Cəbrayılov, Maksim Averin və Elçin Əsədov finişi mərhələ qalibi ilə eyni vaxtda - 2 saat, 54 dəqiqə, 2 saniyəyə keçib. Fotofinişə əsasən ən yaxşı göstərici Yannis Tamuridisə məxsusdur - 9-cu yer. Markus Eybeger isə qalibdən 28 saniyə geri qalıb.

Beləliklə, 13 mərhələnin yekununa əsasən, ümumi təsnifatın ilk onluğunda komanda üzvlərimizdən bir nəfər yer alıb - Matey Müqerli yarış qalibinə 3 dəqiqə, 30 saniyə uduzmaqla 9-cu yeri tutub. Komanda hesabında isə "Synergy Baku" 22 kollektiv arasında 6-cı olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31