29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Digər idman növləri

"Synergy Baku"nun Avropa yarışları davam edir

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Avropa Turları çərçivəsində həftəsonu daha bir yarışda iştirak edəcək. Futbolxeber.az-ın məlumatına görə, təmsilçilərimiz aprelin 18-19-da birinci mərhələsi Serbiyada, ikinci mərhələsi isə Bosniya və Herseqovinada təşkil olunacaq 1.2 kateqoriyalı "Banjaluka-Belgrade" veloyürüşündə mübarizə aparacaqlar.

Bu yarışda komandamız Elçin Əsədov, İsmayıl İlyasov, Matey Müqerli, Aleksandr Surutkoviç, Yannis Tamuridis və Dennis van Vindenlə təmsil olunacaq. Əvvəlcədən "Banjaluka-Belgrade"da iştirakı planlaşdırılan sprinterimiz Maksim Averin isə bu yarışda mübarizə apara bilməyəcək. "Synergy Baku"nun meneceri David McQuaidın sözlərinə görə, məşq zamanı əlindən yüngül zədə alan Averinə. aprelin sonlarında Fransada keçiriləcək "Tour de Bretagne" və mayda təşkil olunacaq "Tour d'Azerbaidjan" yarışına qədər tam sağalması üçün istirahət verilməsi qərara alınıb.

Şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30