Digər idman növləri
Moskvada Bakı-2015 Avropa oyunlarının təqdimat mərasimi keçirilib
Rusiya paytaxtında "Bakı-2015" Avropa oyunlarının təqdimat mərasimi keçirilib. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Redisson Royal, Moskva" mehmanxanasının konqres-parkında baş tutan tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, baş nazirin müavinləri Dmitri Roqozin və Arkadi Dvorkoviç, xarici işlər nazirinin müavini Qriqori Karasin, iş adamı Əlişer Usmanov, VTB bankın sədri Andrey Kostin, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov, ölkənin ən tanınmış simaları, siyasi və ictimai xadimləri iştirak ediblər.
Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, Azərbaycanın mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə tanış olublar. Daha sonra tədbirin rəsmi hissəsi başlanıb. Çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirə gələn Rusiya hökumətinin, biznes və idman nümayəndələrini salamlayıb: "Mən çox şadam ki, biz Avropa oyunlarının təqdimatını dost Rusiyanın paytaxtında keçirə bilirik. İki ölkə arasındakı münasibətlər möhkəm tarixi əsasın üzərində qurulub. Onilliklər ərzində bizim xalqlarımızı humanitar, mədəni və insani əlaqələr bir-birinə bağlayıb. Bu əlaqələr ikitərəfli siyasi, iqtisadi münasibətlərin inkişafı üçün əlverişli iqlim yaradıb. Bugünkü Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət əsasında qurulan dost və mehriban qonşu ölkələrə nümunədir. Bizim əməkdaşlığımız ictimai həyatın bütün sahələrini, iqtisadi, siyasi və humanitar sahələri əhatə edir. İkitərəfli münasibətlərə yeni impulsu Rusiya prezidenti Vladimir Putinin 2013-cü ilin yayında Azərbaycana gerçəkləşdirdiyi səfər verib. Rusiyanın nüfuzlu dövlət adamlarının rəhbərlik etdiyi nümayəndə heyətlərinin il boyu Azərbaycana səfərləri iki ölkə arasında münasibətlərə öz töhvəsini verib. Rusiya və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi üçün etdiyinizə görə sizə təşəkkürümü bildirirəm".
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəaliyyətindən danışan Mehriban Əliyeva bildirib ki, bu təşkilat Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirib: "RAGB gənclərin Rusiya cəmiyyətinə inteqrasiya olunmasına kömək edir". Azərbaycanın birinci xanımı Rusiya və Azərbaycan arasında idman sahəsində, Olimpiya hərəkatında əməkdaşlıq əlaqələrinin olduğunu söyləyib: "Fürsətdən istifadə edib, sizi Soçi Qış Olimpiadasını möhtəşəm səviyyədə keçirdiyinizə görə təbrik etmək istəyirəm. Bu gün Azərbacanda idman sahəsinə dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqil Azərbaycan dövləti olaraq 1996-cı ildən Olimpiya oyunlarında iştirak edirik. Bu günə kimi idmançılarımızın qazandığı uğurlarla fəxr edirik. Londonda keçirilən sonuncu Yay Olimpiya oyunlarında idmançılarımız ikisi qızıl olmaqla 10 medal qazandılar. Avropa ölkələri arasında 15-ci, bütün iştirakçı ölkələr arasında isə 30-cu yeri tutdular. Keçən il Çində keçirilən gənclərin Olimpiya oyunlarında idmançılarımız 5-i qızıl olmaqla 12 medal qazanaraq 200 iştirakçı arasında 10-cu yerə layiq görülüblər. Azərbaycanda idman obyektlərinin tikintisinə və yenidənqurulmasına böyük diqqət yetirilir. Son 10 ildə bütün ölkə ərazisində 40-dan çox Olimpiya mərkəzi tikilib. Bizim ölkə beynəlxalq idman yarışlarının keçirilməsi üzrə böyük təcrübə toplayıb. Bakıda müntəzəm olaraq müxtəlif idman növlərinə dair Avropa və Dünya çempionatları keçirilir. İdmançılarımızın uğur qazanmasının əsas səbəblərindən biri onlara dövlət tərəfindən göstərilən dəstək və müasir idman infrastrukturlarının yaradılmasıdır. Bir sözlə, bütün bu faktorlar və ölkənin sürətlə inkişafı Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının Azərbaycan paytaxtı Bakıda keçirilməsi haqqında qərarının əsasını təşkil edir".
Mehriban Əliyeva ölkədə bütün idman obyektlərinin tikildiyini və yarışlara hazır olduğunu qeyd edib: "Bakı-2015 Avropa idman tarixində yeni səhifə açacaq. Bizim üçün Birinci Avropa oyunlarını keçirmək, təşkil etmək və qəbul etmək böyük qürur və məsuliyyətdir. Oyunlarda 20 idman növündə 6000-dən çox atlet iştirak edəcək. Bakı-2015 gələcəkdə keçiriləcək Avropa oyunları üçün standart olacaq. Əminəm ki, Avropa oyunları yay Olimpiya oyunları ilə bir səviyyədə keçiriləcək. Bunun üçün lazım hər şey edilib. Güclü təşkilat komitəsi yaradılıb. Biz beynəxalq idman təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar ilə əməkdaşlıq edirik. Könüllülər tərəfindən böyük dəstək var. Minlərlə azərbaycanlı gənc Avropa oyunlarında könüllü olmaq istəklərini bildiriblər. Biz Olimpiya kəndimiz ilə fəxr edirik. Ümid edirəm ki, Rusiya idmançıları bu məkanda qalmaqdan zövq alacaqlar. İdmançıların maksimal komfort şəraitdə qalmaları üçün şərait yaratmağa çalışmışıq. Media təmsilçiləri üçün yaradılan şəhərcik də beynəxalq standartlara cavab verir. Avropa oyunlarını 1000-dən çox yerli və xarici reportyor, 50-dən çox teleşirkət, 100-dən çox ölkəyə yayımlayacaq. Əlbəttə ki, biz Birinci Avropa oyunlarını keçirən ölkə kimi istəyirik ki, gələn qonaqlar ölkəmiz haqqında daha çox məlumat alsınlar. Oyunların başlanmasına iki aya yaxın müddət qalıb. Bu gün deyə bilərəm ki, Bakı bütün Avropanı qəbul etməyə hazırıdır. Biz möhtəşəm sülh, dostluq və idman bayramının ərəfəsindəyik. Əminəm ki, Birinci Avropa oyunları birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək. Fürsətdən istifadə edib, sizləri Avropa oyunlarında iştirak etməyə, idmançılara azarkeşlik etməyə dəvət edirəm".
Daha sonra Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov çıxış edib. O, Avropa Olimpiya Komitəsinin vacib və düzgün qərar qəbul etdiyini qeyd edib: "Avropaya öz oyunları lazımdır. Birinci Avropa Oyunlarının keçirilməsinin gözəl Bakı şəhərinə verilməsi əla haldır. Bu doğrudan da çox düzgün qərardır. Azərbaycanda idmanın necə sevildiyini, Bakıda bir çox böyük yarışların keçirildiyini və Bakının böyük təcrübəyə malik olduğunu bilirik. Azərbaycanda idmanın necə inkişaf etdiyini də bilirik. Bakı sadəcə gözəl şəhər deyil, həm də idman şəhəridir. Heç şübhə etmirəm ki, Bakı Avropa oyunlarını yüksək səviyyədə keçiriəcək". Aleksandr Jukov bildirib ki, Rusiyada Bakı-2015 Avropa oyunlarına ciddi yanaşılır: "Oyunlarda təmsil olunacaq Rusiya Komandasının tərkibində güclü idmançılar olacaq. Bizim yaxşı ənənəmiz var. Bu ənənə Rusiya Komandasının Evini yaratmaqdır. Bakıda da belə ev yaratmaq istəyirik, harada ki, bizim birgə idman tariximiz təqdim olunacaq. Bu Bakı sakinləri və oyunları izləməyə gələn xarici turistlər, azarkeşlər üçün çox maraqlı olacaq".
Rusiya Olimpiya Komitəsinin prezidenti Bakı-2015 Avropa oyunlarının Təşkilat Komitəsinə uğurlar arzulayıb.
Sonda Bakı-2015 Avropa oyunlarına görülən hazırlıq işlərinə həsr olunan film nümayiş olunub. Filmdə Bakı-2015 Avropa oyunlarının keçiriləcəyi idman arenaları əks olunub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Millimiz FIFA reytinqində irəlilədi
- Xankəndidə vurulan qollar
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- "Arsenal" büdrədi
-
21:02
Andrey Arşavin Bakıya gəlib
-
20:38
Daha bir boksçumuz Avropa çempionu oldu
-
19:56
CAS Seneqalı çempion elan etdi
-
18:14
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
18:00
UEFA Regionlar Kuboku: "Zəngəzur" yenə darmadağın oldu
-
17:45
Bakı Futbol Federasiyası tərəfindən təşkil olunan növbəti məşqçi kursuna start verilib
-
16:33
“Turan Tovuz”dan paylaşım: “Bu oyun əzəli rəqiblərin, əbədi dostların görüşüdür!” VİDEO
-
15:59
Güləşçimiz üç il müddətinə cəzalandırılıb
-
15:27
İngilis müdafiəçi “Mançester Yunayted”in hədəfində
-
14:41
I Liqada hakim təyinatları
-
14:02
Qarabağa səfər, tarixi şəhərdə futbol günü VİDEO
-
13:38
Murad Məmmədov Konfrans Liqasına sifariş edildi
-
13:16
Qərb derbisinin biletləri satışda
-
12:54
Karyerasını “Arsenal”da davam etdirmək istəyir
-
11:45
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib
-
11:00
Andrey Ştoqrin: “Lider olmağımız bizi daha da motivasiya edir”
-
10:39
"Fiorentina"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:17
İlin ən yaxşı gənc oyunçusu oldu
-
09:51
"Başakşehir"dən möhtəşəm geridönüş VİDEO
-
23:32
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
-
23:14
Cüdo Federasiyası imtahan keçirib
-
23:00
"Zirə" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı FOTOLENT
-
18:29
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb
-
17:58
II Liqada 2 oyunda 5 qol
-
17:13
Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
-
16:35
Azərbaycan millisinə 27 futbolçu çağırıldı
-
16:07
Elvin Bədəlov: “Əsas “Neftçi”nin qələbəsidir”
-
15:41
“Kəpəz”in futbolçusu 100-ə çatdı
-
14:54
Avro-2028-in əsas favoriti açıqlandı
-
14:22
“Sumqayıt” Murata ilə vidalaşdı
-
14:00
Mamadu Kane: “Neftçi” əvvəl də güclü idi, indi də”
-
13:36
Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb
-
13:19
"Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol VİDEO
-
12:48
Füzuli Məmmədov: “Bütün fikrimlə, ürəyimlə “Şahdağ”dayam”
-
12:23
Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb
-
12:05
Azərbaycan Premyer Liqası: cari mövsümdə ilk
-
11:51
Volkov üçün yubiley qolu
-
11:37
İki boksçumuz U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
-
11:14
"Beşiktaş" Konyadan 3 xalla qayıtdı VİDEO
-
11:00
Qustavo Klisman: “Açığı, zərbə vurmurdum, asma edirdim”
-
10:42
"Trabzonspor"dan tək qollu qələbə VİDEO
-
10:29
Toral yenə əsas heyətə düşə bilmədi
-
10:16
"Yuventus" ikinci hissədə coşdu VİDEO
-
10:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Atalalanta" - "İnter" matçında triller VİDEO
-
09:35
Renat Dadaşovun komandasından qələbə
-
09:21
"Milan"dan darmadağın VİDEO
-
21:17
Premyer Liqamızda yeni rekord
-
20:35
Gəncədə qalib aşkarlanmadı VİDEO
24.11.2026
23.11.2026
22.11.2026
























