Futzal
“Zaur Axundovla görüş komandanı bir növ ayıltdı”
Futzal millimizin müdafiəçisi Amadeu azfutzal.az-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir.
- Əvvəlcə Niderlandla oyun haqda düşüncələrini bölüşərdin.
- Rumıniyaya məğlubiyyətdən sonra bu oyuna fokuslanmışdıq. Çünki növbəti xal itkisinə yol vermək olmazdı. Üstəlik, doğma meydanda oynayırdıq. Komanda olaraq yaxşı çıxış etdik. Kimlərisə ön plana çıxarmaq istəmirəm. Qələbəni komanda və azarkeşlər birlikdə qazandıq. Oyundan əvvəl də futzal federasiyasının prezidenti Zaur Axundov bizimlə görüşdü, Rumıniyadakı nəticəyə görə narazılığını bildirdi. Onunla görüş komandanı bir növ ayıltdı. Zaur müəllim bildirdi ki, bu oyunda mütləq qələbə qazanmalıyıq. Atmosfer də əla idi. Çox qaçdıq, mübarizə apardıq, az səhv etdik və yekunda bəhrəsini gördük.
- Bəs Rumıniya ilə oyunda niyə bu cür çıxış edə bilmədik?
- Deməzdim ki, orada zəif oynadıq. Onlar qələbə qazansalar da, biz daha yaxşı oynadıq, epizodlarımız da çox oldu. Sadəcə çoxsaylı qol şanslarını reallaşdıra bilmədik. Bəzi epizodlarda biz dəqiq ola bilmədiksə, rəqibin qapıçısı da yaxşı çıxış etdi. Onların heyətində həmin gün ən yaxşı qapıçı oynadı, deyə bilərəm. Rumıniyadakı zal istənilən səviyyədə deyildi. Orada hər gün həndbolçular məşq edir və oyun keçirir deyə, parket yapışqanlı idi, havalandırma sistemi yox idi. Həm də birinci oyunlar hər zaman çətin keçir.
Rumıniya bizdən sonra Qazaxıstanla oynadı və 1 top fərqi ilə yenildi. Nəticə onların heç də zəif komanda olmadığını göstərdi.
- Növbəti iki oyunda favoriti hesab edilən Qazaxıstan yığması ilə qarşılaşacaq millimiz. Bu duellərdə hansı nəticəyə ümid etmək olar?
- Oyunöncəsi şanslar 50-nin 50-yədir. Deyə bilmərəm ki, Qazaxıstan super vəziyyətdədir və biz çox zəifik. Bakıdakı oyunda mütləq qələbə qazanmalı, səfərdə isə yenilməməliyik. Biz də dünya çempionatının final mərhələsində iştirak etmək istəyirik. Bunun üçün də qələbələr qazanmalıyıq. Oyundan oyuna artırırıq. Qazaxıstanla matçda Niderlanda qarşı oynadığımızdan daha yaxşı çıxış edəcəyik. Rəqib də bizi buna məcbur edir.
- Millimizin birinci yeri tutması üçün şansı realdır, yoxsa ikincilik üçün mübarizə aparacaq?
- Niyə də yox?! Yenə deyirəm, Bakıda qələbə qazanmaq, Astana da isə uduzmamaq lazımdır. Bunu bacaracaq gücdəyik. Yaxşı komandamız var. Rəhbərlik də qarşımıza konkret məqsəd qoyub. Elə etməliyik ki, mərhələnin sonunda sevinən tərəf biz olaq.
- Gələn həftə ölkə çempionatı start götürür. “Araz-Naxçıvan”ın əsas rəqibləri hansı komandalar olacaq?
- Bilirəm ki, “Baku Fire” və “Neftçi” İK heyətini gücləndirib. Onlarla oyunlar çətin keçəcək. Bütün görüşlər bizim üçün əhəmiyyətlidir. 3 xal qazanmaq istəyirsənsə, rəqibin kimliyindən asılı olmayaraq qalib gəlməlisən. İştirakçı komandaları mövsümün başlaması münasibəti ilə təbrik edirəm. Hər kəsə zədəsiz futzal ili arzulayıram. Oyunların başlaması millinin hazırlığına da müsbət təsir edəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
31.10.2026
30.10.2026
29.10.2026
























