31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Xarici futbol

“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib

İspaniya La Liqasının 10-cu turunda keçirilən “Barselona” - “Real” (1:2) qarşılaşması Kataloniya klubunun stadionu “Kamp Nou”nun tarixində ən çox gəlir gətirən oyun olub.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi yalnız bilet satışından 19,1 milyon avro qazanıb. Bundan başqa, həftəsonu ərzində klubun rəsmi mağazasının satışlarından əldə etdiyi gəlir 1,5 milyon avro təşkil edib.

“Barselona” “El-Klasiko” ərəfəsində ilk bilet partiyasını satışa çıxarıb. Bu biletlər yalnız klub üzvləri üçün nəzərdə tutulub. Bu biletlərinin qiyməti minimum 315 avro olub. Klub üzvlərinə isə 5 faiz endirim tətbiq edilib.

İlk bilet partiyası dərhal satıldıqdan sonra biletlər geniş ictimaiyyət üçün də satışa çıxarılıb. Bu mərhələdə ən ucuz biletin qiyməti 1000 avrodan baha olub. Həmin biletlər də qısa müddətdə tükənib.

Qeyd edək ki, “Barselona” - “Real” qarşılaşmasını 62 055 azarkeş stadiondan izləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31