30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol

Azərbaycan kubokunun 2026/27 mövsümündə daha bir məhsuldarlıq rekordu qeydə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, 2-ci təsnifat mərhələsinin 12 matçında 71 qol vurulub.

Bu, indiki formatda keçirildiyi dövr üçün bu mərhələnin ən yüksək göstəricisidir. 2023/24 mövsümündə 41 (11 oyun), 2024/25 mövsümündə 55 (11 oyun), 2025/26 mövsümündə 49 qol (12 oyun) qeydə alınmışdı. Cari mövsümdə bu mərhələnin orta məhsuldarlığı 5,92-yə bərabər olub.

Ölkə kubokunun 34 illik tarixində orta göstəricidə ən məhsuldar raund olan I təsnifat mərhələsinin 6 oyununda 36 qolun vurulduğunu nəzərə alsaq, mövsümdəki qol sayı 100-ü keçib. Baş tutan 18 görüşdə 107 qol vurulub. Orta məhsuldarlıq 5,77-yə bərabərdir.

Bu, indiki formatda keçirilən turnirin təsnifat mərhələləri üçün rekorddur. 1/8 finala qədər keçirilən 18 oyunda 2023/24 mövsümündə 58, 2024/25 mövsümündə 80, 2025/26 mövsümündə 72 qol qeydə alınmışdı.

Qeyd edək ki, mərhələdə “Şimal” – “Araz-Naxçıvan” (0:6), “Marafon” – “Zaqatala” (1:0), “İmişli” – “Qaradağ Lökbatan” (4:1), “Kür-Araz” – “Sumqayıt” (0:11), “Qəbələ” – “Mingəçevir” (3:0), MOİK – “Şahdağ Qusar” (1:9), “Xankəndi” – “Gəncəbasar” (2:3), “Hypers” – “Şamaxı” (1:5), “Şəfa” – “Ağstafa Gəncləri” (9:2), “Zəngəzur” – “Karvan-Yevlax” (1:4),  “Səbail” – “Zirə” (2:2, p.2:3), “Kəpəz” – “Baku Sportinq” (3:1) matçları keçirilib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31