31 Oktyabr 2026, Şənbə
“İki xal itirməsəydik, yaxşı olardı”
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi

Ölkə futbolu

“İki xal itirməsəydik, yaxşı olardı”

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında X turunda Şamaxı şəhər stadionunda "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan klubunun baş məşqçisi Yuri Maksimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadılar. Deyərdim ki, gücləri çatmadı. 3 xal qazansaydıq, təbii ki, yaxşı olardı. Növbəti oyunlara hazırlaşıb yolumuza davam edəcəyik.

- 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Düşünürəm ki, 2 xal itirməsəydik, yaxşı olardı.

- Futbolçularınız epizodları qaçırırdı. Məsuliyyət çatmır?

- Turnir cədvəlinin sonuncu pilləsində olduğumuz üçün futbolçular həyəcan keçirirlər. Yuxarı pillələrdə olsaydıq, daha yaxşı oyun göstərə bilərdik.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31