30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Digər idman növləri

Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib

İtaliyanın Neapol şəhərində cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, püşkatmanın nəticələrinə əsasən Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

Oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək qitə yarışında Azərbaycan 6 çəki dərəcəsində 9 kişi cüdoçu ilə təmsil olunacaq. Çempionatda 36 ölkədən 275 idmançı (155 kişi, 120 qadın) mübarizə aparacaq.

İlk yarış günü təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-da, final bloku isə saat 19:00-da start götürəcək.

Kişilər

-60 kq, 1/8 final

Murad Muradlı – Unay Penyas Merino (İspaniya)

Babarəhim Mirzəyev – Mario Tinelli (İtaliya) / Yan Motoli Bonqambe (Fransa) cütünün qalibi ilə

66 kq, 1/8 final

Nizami İmranov – Alessio De Luka (İtaliya)

İslam Rəhimov – Kristian Butuçi (Xorvatiya) / Adam Anastasopulos (Yunanıstan) cütünün qalibi ilə

73 kq, 1/16 final

Əbil Yusubov – Luka Katiç (Xorvatiya)

Mehdi Cəfərov – Vlad Mitru (Moldova)

90 kq, 1/16 final

Əli Qazıməmmədov – Mixaylo Xoroşaylov (Ukrayna)

100 kq, 1/8 final

Əjdər Bağırov – İvan Kutenkov (Ukrayna)

+100 kq, 1/8 final

Kənan Nəsibov – Luka İvankoviç (Xorvatiya).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31