30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

Famil Xəlilov: “Əsas işi klublar görməlidir”

U-16 millimizin baş məşqçisi Famil Xəlilov Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında Əfqanıstana qarşı keçirilən son oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- Millimiz son oyunda penaltilər seriyasında (əsas vaxt 3:3, penaltilər 2:3) Əfqanıstana uduzaraq turniri 84-cü yerdə başa vurdu. Oyunla bağlı fikirləriniz necədir?

- Əlbəttə ki, daha yaxşı nəticəyə ümid edirdik. Sadəcə dünənki Vyetnama ağır məğlubiyyətdən sonra oyunçular psixoloji olaraq toparlana bilmədilər. Biz onları oyuna kökləməyə çalışdıq. Təəssüf ki, bəzi məqamlarda o boşluqlar hiss edildi.

- Qrup mərhələsindən sonra yuxarı yox, aşağı yerlər uğrunda oynamaq futbolçulara motivasiya baxımından mənfi təsir etdi?

- Xeyr. Əgər bizim məqsədimiz bu gün “Kristal Hall”da final oynamaq olsaydı, qrupda 4, yaxud 5-ci yeri tutub D, yaxud E səviyyəsində həlledici qarşılaşmaya yüksələrdik. Biz düşündük ki, qrupda ən yaxşı nəticəni göstərək və daha yüksək səviyyəli komandalar oynayaq, uşaqlardakı çatışmazlıqları, boşluqları görə bilək. Bizə bu gün nə lazımdır? Onu fikirləşməliyik.

- Bu gün əfqanlara uduzduq. Azərbaycan uşaq futbolunda Əfqanıstandan hansı komponentlərdə geri qalır?

- Onu deyə bilərəm ki, bu nəsilə, bu futbolçulara inanmaq lazımdır. Çox istedadlı oyunçularımız var. Bilmirəm buna şanssızlıq deyim, ya oyuna tam köklənməmək. Futbolçularımızın keyfiyyəti ortadadır. Onların 14-15 yaşları var. Belə turnirdə ilk dəfədir ki, çıxış edirlər. Elə uşaqlar var ki, ölkədən kənara çıxmayıb, ilk dəfə beynəlxalq turnirdə çıxış edirlər. 6 gün ərzində 10 oyuna çıxmaq onlar üçün ağır qrafikdir.

- Neçənci yer tutsaydınız, bu nəticə sizi qane edəcəkdi?

- Rəqiblər məlum olduqdan sonra qrupda hədəfimiz sonra 1-ci yeri tutmaq idi ki, daha yaxşı komandalarla qarşılaşaq. Amma ümumilikdə komandamız Çili, Avstraliya, Haitiyə qarşı da yaxşı oyun göstərdi. Sadəcə müəyyən məqamlar var ki, futbolçular təcrübəsizlikdən boşluqlar verdi və rəqib də ondan istifadə etdi.

- Deyirsiniz ki, uşaqlara inanmaq lazımdır. Amma biz 30 ildir bu sözləri eşidirik...

- 20 illik akademiya fəaliyyətim olub. Futbolçuların yetişməsi üçün çoxlu beynəlxaq turnirə ehtiyacımız var. Daha güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, bu cür hallarda futbolçular bərkisinlər.

- Yəni əsas işi klublar görməlidir?

- Təbii ki. Uşaqlar üçün turnirlər təşkil etmək vacibdir.

- Siz deyirsiniz ki, uşaqları klublar yetişdirməlidir. Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edilib. Limit ləğv edilibsə, klublar nəyə görə futbolçu yetişdirsin?

- Bu barədə fikir bildirmək istəmirəm. Bizim işimiz sadəcə əlimizdə olan futbolçuları yaxşı səviyyəyə çatdırmaqdır. Məni də bura onun üçün gətiriblər. Əlimdən gələni edəcəm ki, futbolçular o səviyyəyə çatsın.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31