30 Oktyabr 2026, Cümə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub

İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb.

Futbolxeber.az saytının Azərbaycan Cüdo Federasiyasına istinadən verdiyi məlumata görə, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib.

O, həlledici görüşdə Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.

İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçu 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi.

Qeyd edək ki, Neapolda keçirilən fərdi yarışlara 36 ölkədən 275 cüdoçu qatılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31