30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

İspaniya millisi Bakıda dünya çempionu oldu

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gəlib.

Bakı Kristal Zalındakı qarşılaşmanı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Görüş İspaniya seçməsinin qələbəsi ilə yekunlaşıb - 3:0.

Bundan əlavə, günün ilk yarısında B, C, D, E və F Divizionlarının da qalibi bəlli olub.

Final

A Divizionu

Çexiya - İspaniya - 0:3

B Divizionu

33-cü yer uğrunda

Portuqaliya - Zimbabve - 2:5

C Divizionu

65-ci yer uğrunda

Tunis - Belarus - 0:3

D Divizionu

97-ci yer uğrunda

Kanada - Tacikistan - 2:4

E Divizionu

129-cu yer uğrunda

Mərkəzi Afrika Respublikası - Banqladeş - 4:1

F Divizionu

161-ci yer uğrunda

Yeni Zelandiya - Efiopiya - 2:1

Xatırladaq ki, oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub. U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilib. Açılış və final görüşləri Bakı Kristal Zalında baş tutub. Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31