27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Futzal

Fərid Ələkbərov: "ÇL-də oynamaq hər idmançıya qismət olmur"

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” oyun öncəsi son məşqini keçirib.

Futbolxeber.az saytının məlumatına görə, artıq iki gündür Polşada olan Azərbaycan təmsilçisinin baş məşqçisi Fərid Ələkbərov azfutzal.az-a komandanın hazırlığı barədə danışıb:

“Son iki məşqimizi oyunun keçiriləcəyi “Prezero Arena”da keçirdik. Yaxşı hazırlaşmışıq, heyət üzvləri də yaxşı formadadır. Ən əsası zədəli futzalçımız yoxdur. Komanda demək olar, sırf yerli futzalçılardan qurulub. Yalnız bir legionerimiz var. Bu da öz uşaqlarımız üçün əla fürsət, yaxşı şansdır. Bu mərhələdə oynamaq, həyəcanı yaşamaq hər idmançıya qismət olmur”.

Baş məşqçi kimi Çempionlar Liqasında debüt edəcək F.Ələkbərov rəqibin kimliyindən asılı olmayaraq maksimum nəticə üçün mübarizə aparacaqlarını vurğulayıb:

“Bilirik ki, rəqiblərimiz də iddialıdır və növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar. Xüsusilə də meydan sahibi kollektivi qeyd etmək istərdim. Onlar neçə ildir uğur qazanmaq üçün heyət yığırlar. Həm də oyunlar onların doğma məkanında keçiriləcək. Azarkeş dəstəyi də onların xeyrinə olacaq. Digər rəqiblərimiz də turnirə yaxşı heyətlə qatılacaqlar. Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq sona qədər mübarizə aparacağıq. Məqsədimiz isə bütün oyunlarda qələbə qazanmaqdır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31