16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Futzal

"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” futzal komandası bu gün Bakı-İstanbul-Varşava hava reysi ilə Polşaya yollanıb.

Futbolxeber.az saytının məlumatına görə, təmsilçimiz iştirak ərizəsini artıq UEFA-ya təqim edib. Komandanı oyunlara çıxaracaq məşqçi Fərid Ələkbərovun sərəncamında 14 futzalçı olacaq. Onlardan yalnız biri legioner, qalanı isə yerli oyunçulardır.

Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov

Oyunçular: Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Nurlan Məmmədov, Ədalət Ələkbərov, Eldar Zeynalov, Ülvi Əliyev, İaqo Henrique, Tofiq Mikayılov, Rəvan Məşiyev, Oqtay Mahmudzadə

Qeyd edək ki, "Araz-Naxçıvan" oktyabrın 27-də Macarıstanın “Uypest”, ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq. “Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da “Piast”a qarşı keçirəcək.

5-ci qrupun oyunları Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30