31 Oktyabr 2026, Şənbə
“İki xal itirməsəydik, yaxşı olardı”
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi

Ölkə futbolu

Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"

FİFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger Bakıda keçirilən U-15 dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, fransalı mütəxəssis qurumun mətbuat xidmətinə açıqlamasında deyib:

“Hər kəs bu turnirə aşiq oldu və hamı onun yenidən keçirilməsini istəyir. Meydandakı oyunçu sayının azaldılması fərqləri aradan qaldırmağa kömək edir. Eyni zamanda hər bir matçın intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək səviyyədə idi.

Bu format diqqəti çox dəstəkləyir və futbolçularda bu, inkişaf edir. Turnirdə oyunçuların texniki səviyyələri artır, komandalar sürətli hücumlar edirdilər. 8×8 formatı 11×11 formatına nisbətən tələb edilən səbri azaldır. Çünki burada bir komanda topu qazananda dərhal təhlükə yarada bilir. Bu, azarkeşlərin marağını cəlb edir və onlar oyundan zövq alırlar”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31